Səkkiz aparıcı "OPEC+" ölkəsi neft hasilatının artırılmasının dayandırılması qərarını qüvvədə saxlayıb və mart ayında neft hasilatı kvotalarını 2025‑ci ilin dekabr səviyyəsində qoruyub.
Bu barədə OPEC-in saytında yerləşdirilən bəyanatda deyilir.
Saziş iştirakçıları təsdiqləyiblər ki, gündəlik 1,65 milyon barel həcmində neft bazardakı şəraitdən asılı olaraq tədricən, qismən və ya tam şəkildə geri qaytarıla bilər. OPEC ənənəvi olaraq qeyd edib ki, ölkələr bazar vəziyyətini qiymətləndirməyə davam edəcəklər və hasilatın tədricən artırılması dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər.
Beləliklə, 2026‑cı ilin mart ayında Rusiya üzrə neft hasilatı kvotası 9,574 mln b/s, Səudiyyə Ərəbistanı üzrə 10,103 mln b/s, İraq üzrə 4,273 mln b/s, BƏƏ üzrə 3,411 mln b/s, Küveyt üzrə 2,580 mln b/s, Qazaxıstan üzrə 1,569 mln b/s, Əlcəzair üzrə 971 min b/s, Oman üzrə isə 811 min b/s təşkil edir və bu göstəricilər artıq hasilatın kompensasiyası nəzərə alınmadan hesablanıb, 2025‑ci ilin dekabrı və 2026‑cı ilin yanvar‑fevral ayları səviyyəsinə uyğundur.
.
