Şəki şəhəri Oxud kənd sakini Əhmədov Kənan Niymət oğlu işsizlikdən əziyyət çəkməsi, evinin və torpaq sahəsinin olmaması ilə bağlı Prezident Administrasiyasına və Milli Məclisə müraciət edib. Onun müraciəti yerli icra hakimiyyətinə yönəldilib. 

K.Əhmədov icra başçısının köməkçisi Ziya Vəliyev tərəfindən qəbul olunduğunu, müraciətlərə görə təhqir və şantaj oldunduğunu iddia edir. Yenidən mərkəzi icra hakimiyyəti qurumlarına şikayət edən Oxud kənd sakininə qarşı təzyiqlər başlayıb. K.Əhmədovun sözlərinə görə, ondan şikayət etməməyi tələb ediblər. O, təzyiqlər nəticəsində Şəkini tərk edərək paytaxta üz tutmağa məcbur olduğunu bildirib. 

Kənan Əhmədov müraciəti əsasında Şəki rayon İcra Hakimiyyətinə 02 noyabr 2016-cu il tarixdə elektron ünvanına ([email protected]) göndərilən sorğu cavabsız qalıb.   

Ramid İBRAHİMOV

.