Dünən axşam saatlarında AXCP Şəki şöbəsi fəallarından 3 nəfər həmişə oturduqları çay evindən polis şöbəsinə aparılıb. Onlar şöbə fəalları Mübariz Abdulkərimov, Samir Həsənov və Aydın Əliməmmədovdur.
Azadliq.info bildirir ki, A.Əliməmmədovdan izahat alınaraq, bu gün məhkəməyə gəlməsi şərtilə səhər saatlarında sərbəst buraxılıb,
M.Abdulkərimov və S.Həsənova barələrində isə İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə polisin qanunu tələbininə tabe olmamaq ittihamı ilə protokol tərtib olunub.
Bu gün adı çəkilən hər 3 cəbhəçi məhkəmə qarşısına çıxarılacaq.
.
