Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.
Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov (2734) malikdir.
Bir pillə geriləyən kişilərdən ibarət millinin lideri 18-cidir. Bir pillə irəliləyən Teymur Rəcəbov (2723) isə 27-ci yerə yüksəlib. Digər kişi qrossmeysterimiz Rauf Məmmədov (2651) 87-ci sıraya geriləyib.
Dünya Kubokunun iştirakçısı Nicat Abasov bu dəfə də ilk “100-lük”dən kənarda qalıb. Kişi şahmatçıların siyahısına Maqnus Karlsen (2830, Norveç) başçılıq edir.
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2436) 35-ci, Gövhər Beydullayeva (2412) 45-ci, Ülviyyə Fətəliyeva (2378) 72-ci, Xanım Balacayeva (2376) 74-cü, Gülnar Məmmədova (2360) 90-cı pillədə qərarlaşıb. Qadınlar arasında lider Yifan Houdur (2633, Çin).
.