Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri, general-mayor Səhlab Bağırov vəzifəsindən azad edilib.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
.