"Azərbaycanda son illərdə keyfiyyətli səhiyyə xidmətlərinin əlçatanlığı davamlı yaxşılaşıb. Nəticədə ölkədə ana və uşaq ölümü göstəriciləri azalıb, doğulanlar arasında gözlənilən sağlam ömür uzunluğu artıb".
Bunu səhiyyə nazirinin müavini İlqar Qasımov "Viva la vida" uzunömürlülük üzrə beynəlxalq konqres və sərginin açılış mərasimində deyib.
Onun sözlərinə görə, tibb sektorunda qeydə alınan irəliləyişlər son 10 illikdə insan ömrünün uzanması ilə nəticələnib: "Bu baxımdan uzunömürlü yanaşmanın həm sosial, həm də iqtisadi cəhətdən idarə olunması qaçılmazdır. Tibbin imkanlarından istifadə etməklə insanların sağlam və produktiv yaşamasına, aktiv həyat tərzi sürməsini təmin etmək mütləqdir".
.