Səhiyyə işçilərinə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək.

Bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda, elmi dərəcə və elmi adlara görə aşağıdakı məbləğlərdə əlavələr ödəniləcək:

elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat;

fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat”.

Həkimlərə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri dəyişib

Həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri dəyişib.

Bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə kimi reanimasiya şöbəsində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində əlavələr hesablanıb. Dəyişikliyə əsasən, bundan sonra həm də intensiv terapiya və anestizalogiya, toksikologiya şöbələrində, intensev terapiya bloklarında/bölmələrində çalışan həkimlər üçün hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat məbləğində bu hissə ilə nəzərdə tutulmuş əlavələr hesablanacaq.

.