Prezident İlham Əliyev “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” (bundan sonra – Mərkəz) yaradılıb.

Prezident İlham Əliyev: "Onsuz da biz Ağdamı alacaqdıq" - VİDEO
Qamar Caved Bacvan: "Azərbaycanın Ermənistanı məğlub edərək ərazilərini geri qaytarması hər bir pakistanlı üçün möhtəşəm hadisədir"
Maltanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı” təsdiq edilib.

“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası” təsdiq edilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanlarının (qurumlarının) həmin siyahıda göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.

Müəyyən edilsin ki, Mərkəzdə xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilir; Mərkəzdə xidmətlər birbaşa (yerində), “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada təşkil edilir.

Mərkəzin fəaliyyəti ilkin mərhələdə Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində, daha sonra xidmət göstəriləcək şəxslərin sayı nəzərə alınmaqla, digər inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının inzibati binalarında təşkil edilib.

Bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət orqanları (qurumları) Mərkəzdən daxil olmuş müraciətlərin icrasını, o cümlədən vaxtında və tam (əhatəli) cavablandırılmasını təmin etmək məqsədilə mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur bölməsi yaratmalı və ya bununla bağlı səlahiyyətləri mövcud struktur bölməsinə həvalə etməlidirlər. Bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda nəzərdə tutulmuş xidmətlərin göstərilməsinin və hüquqmüəyyənedici sənədlərin verilməsinin Mərkəz vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Mərkəzin fəaliyyət göstərdiyi yerləri dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün müəyyən edilmiş büdcə təxsisatları çərçivəsində zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etməli, habelə həmin resursların zəruri dövlət informasiya sistemlərinə (ehtiyatlarına) çıxışını təşkil etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidirlər.

Nazirlər Kabineti bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin dövlət orqanları (qurumları) rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyasının yaradılmasını təmin etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Nazirlik bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının Mərkəzdə müvafiq xidmətlər göstərmələri üçün zəruri şərait yaradılmasını və digər tədbirlər görülməsini təmin etməli, Mərkəzdə xidmət göstərəcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri arasında əlaqələndirməni Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçirməklə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində müvafiq dəyişikliklər edilməsini üç ay müddətində təmin etməli, bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, Mərkəzə daxil olan müraciətlərin icra vəziyyətinin monitorinqi və onların icrasına dair hesabatlılığın təmin edilməsi məqsədilə Katiblik yaratmalı, Mərkəzin fəaliyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
 

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı təsdiqlənib.

Prezident İlham Əliyev bu barədə müvafiq fərman imzalayıb.

 

Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir

Sıra

№-si

Xidmətin adı

1

2

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.1.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi

1.2.

tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat

1.3.

məşğulluq sahəsində göstərilən xidmətlər

1.4.

əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu

1.5.

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu

1.6.

sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

2.1.

şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə)

2.2.

müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.3.

orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə)

2.4.

xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu

2.5.

sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

3.1.

tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu

4. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

4.1.

hərbi xidmətkeçmə haqqında arayış verilməsi

4.2.

çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi

4.3.

müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi

4.4.

hərbi qeydiyyatda olma barədə arayış verilməsi

5. Yerli icra hakimiyyəti orqanları

5.1.

yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu

5.2.

yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması

barədə müraciətlərin qəbulu

5.3.

ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi

5.4.

şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu

6. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

6.1.

tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu

6.2.

immunoprofilaktikaya dair məlumat verilməsi

6.3.

tibbi arayışların elektron registrindən məlumatların verilməsi

7. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti

7.1.

şəhid statusu verilmiş şəxsin vərəsələrinə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

7.2.

müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

7.3.

hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu

 

.