"ABŞ Minsk qrupu həmsədri ölkəsidir. Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə münaqişənin sülh yolu ilə həllinin tapılmasında birgə işləməyə sadiqik”.

Bunu ABŞ səfirinin müavini Uilyam Gill deyib. O bildirib ki, ABŞ nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə məmnuniyyətlə hazırdır. Bu barədə danışıqlar davam edir. Ümid edirik ki, gələcək günlərdə bununla bağlı müsbət məlumat veriləcək”.
.