Ukraynanın paytaxtı Kiyevdə iki azərbaycanlı tələbəyə atəş açılıb.

"Strana" portalı verdiyi məlumata görə, naməlum şəxslər iyulun 25-nə keçən gecə Konovaltsya küçəsində, "Montekki və Kapuletti" restoranının yaxınlığında "Mercedes-Gelenvagen" markalı avtomobildən azərbaycanlı tələbələrə tapançadan atəş açıblar.

Bildirilir ki, atəşin açıldığı 50 RV 100 dövlət nömrə nişanlı avtomobilin və hadisəni törədən şəxslərin tapılması üçün hüquq-mühafizə orqanları hərəkətə keçib.

Məlumatda o da qeyd olunur ki, ayağından yaralanan Azərbaycan vətəndaşı Nicat Kərimov Kiyev şəhər 8 saylı Kilinik Xəstəxanaya yerləşdirilib. Digər şəxs – 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından yaralanıb, ona tibbi yardım göstərilib, lakin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. 

Hadisənin ermənilər tərəfindən törədildiyi ehtimal edilir.

"Məsələ Azərbaycanın Ukraynadakı səfirliyinin nəzarəti altındadır".

Bunu  Azərbaycanın Ukraynadakı səfirliyinin ikinci katibi Samir Allahverdiyev bildirib.

S. Allahverdiyev baş verən hadisə ilə bağlı Ukrayna polisinin cinayət işi açdığını qeyd edib: "Səfirlik əməkdaşları tərəfindən xəsarət alan soydaşlarımız ziyarət olunub, vəziyyətləri yaxşıdır, həyatlarına təhlükə yoxdur".

.