Hollandiyanın Pekindəki səfiri Ron Kellerin səfirlikdə çalışan bir çinli qadınla intim münasibətdə olduğu ortaya çıxıb və o vəzifəsindən azad edilib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Hollandiya Xarici İşlər naziri mətbuatda "seks macərası” kimi adlandırılan xəbərə əsasən səfirin sorğusunu başladıb. 

Qeyd edək ki, Keller Kiyev və Moskvadakı vəzifəsini yerinə yetirdikdən sonra, 2013- cü ildə Hollandiyanın Ankaradakı səfiri olub. 2015- ci ildə təyinatı Çinə verilib. Səfirin çinli bir qadınla intim münasibətdə olduğu mətbuata sızıb. 

58 yaşlı Ron Keller subay olsa, da Hollandiyanın ən çox satılan qəzeti olan "De Teleqraf”a görə, səfirin Hollandiyanı təmsil etdiyi bir ölkənin vətəndaşı olan qadın əməkdaşı ilə münasibətdə olması, onun vəzifəsini mübahisə obyektinə çevirib. Elə bu səbəblə də Keller vəzifəsindən azad edilib. Mətbuatın yazdığına görə səfirin əvəllki vəzifəsinə qayıtmaq şansı çox azdır. 

.