“Diplomatik nümayəndəliyin açılması uzun prosesdir, hansı ki, parlamentdə müzakirələrdən keçməlidir və sonra hökumət yekun qərar verməlidir. Bu niyyət haqqında artıq bildirilib”.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türkiyənin Şuşada Baş konsulluğu nə zaman açılacaq?” sualına cavab olaraq bildirib.

“Türkiyə ilə münasibətlərimiz elə səviyyədədir ki, tək Bakı, Gəncə və Naxçıvan yox, Azərbaycanın bütün bölgələrində Türkiyənin diplomatik nümayəndəliklərinin açılması təbii haldır”, - səfir vurğulayıb.

Rəşad Məmmədov: Türkiyə atacağı addımları Azərbaycan tərəfi ilə koordinasiya edir

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə dair işlər davam edir və Türkiyə daim atacağı addımları Azərbaycan tərəfi ilə koordinasiya edir.

Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan dövləti Türkiyə Respublikasının Ermənistanla münasibətlərinin normallaşdırılmasına dair proses çərçivəsində atdığı bütün addımlardan xəbərdardır.

“Türkiyənin hansı addımlar atdığını bilirik. Bununla bağlı mütəmmadi olaraq məsləhətləşmələrimiz davam edir. Narahat olmaq üçün bir əsas yoxdur. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərində paralellik mövcuddur, onlar bir-birinə bağlıdır”, - səfir vurğulayıb.

.