
Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan dövlət başçılarının siyasi iradəsini əks etdirmir, eyni zamanda, millətin iradəsini əks etdirir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Ulu öndər Heydər Əliyev ilinə həsr olunmuş icbari tibbi sığorta çərçivəsində xəstəxana idarəetməsi" mövzusunda seminarın açılış mərasimində bildirib.
“Bu bəyannamə münasibətlərin hər sahədə dərinləşdirilməsini özündə ehtiva edir.
Biz bu gün akademik sahədə münasibətlərin genişləndirilməsindən danışırıq. Tibb sahəsində öz təcrübə və biliklərimizi qardaş ölkə Azərbaycanla bölüşməyə hazırıq. Bundan sonra da xüsusilə qurumlarımızın bir-biri ilə daha da yaxınlaşmasında akademik sahədə mübadilənin faydasının olacağını düşünürəm”, - səfir qeyd edib.
.