Türkiyə Qarabağ minalardan tam azad olunana qədər Azərbaycana dəstək olacaq.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

O bildirib ki, Türkiyə 40 ildir terror təşkilatları ilə mübarizə aparır.

“Türkiyə həm terrorla mübarizədə, həm də minatəmizləmə işində kifayət qədər təcrübəlidir. 3 ildir təcrübələrimizi Azərbaycanla bölüşürük. Qarabağ minadan tam azad olunana qədər Azərbaycana dəstək olacağıq.

Biz bu məsələ ilə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”, - səfir qeyd edib.

.