Azərbaycan Respublikasının BƏƏ-dəki fövqaladə və səlahiyyətli səfiri Daşqın Şikarov "Yeni Zaman" və "Novoye Vremya" qəzetinin 19 il dönümü munasibəti ilə kollektivimizi təbrik edib.
"Novoe Vremya” saytlar qrupunun
baş redaktoru
cənab Şakir Ağayevə
Hörmətli Şakir müəllim, Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmilriklərindəki Səfirliyinin kollektivi və şəxsən öz adımdan "Novoe Vremya” informasiya portalının yaradılmasının 19-cu ildönümü münasibətilə təbrik edirik. Uzun bir inkşaf yolu keçərək gündən-günə çiçəklənən Azərbaycanımızın həqiqətlərinin tərənnüm etməsi, dünya xəbərlərinin Azərbaycan oxucusuna operativ çatdırması, peşəkar və qərəzsiz fəaliyyəti ilə "Novoe Vremya” 19 ildən sonra bu gün də aktuallığını və keyfiyyətini saxlaya bilmişdir. Sizə və "Novoe Vremya” saytlar qrupunun bütün heyətinə can sağlığı, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar
arzulayıram.
.
