Azərbaycan prezidenti İlham Əliyev oktyabrın əvvəlində Macarıstana rəsmi səfər edəcək.
Bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.
O bildirib ki, İ. Əliyevin səfəri zamanı 5-10 sənədin imzalanacağı gözlənilir.
Diplomatın sözlərinə görə, bir həftə sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana səfər edəcək.
"Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin sentyabrda görüşü keçiriləcək
Macarıstanın "Vişeqrad dördlüyü"ndə sədrliyi dövründə sentyabrın 11-12-də "Şərq tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərin görüşü keçiriləcək.
Bu barədə də Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.
Səfirin sözlərinə görə, Budapeştdə keçiriləcək görüş "Şərq tərəfdaşlığı"nın noyabrda Brüsselədə təşkil olunacaq sammiti öncəsi vacib əhəmiyyətə malikdir.
"Vişeqrad dördlüyü" Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin zənqinləşməsi və dərinləşməsinin tərəfdarıdır.
Bunuda öz növbsində səfir İmre Laslotski bildirib.
Səfir qeyd edib ki, "Vışeqrad dördlüyü" Azərbaycanın Aİ ilə strateji tərəfdaşlığının ilk növbədə enerji, o cümlədən diqər sahələrdə daha dərinləşməsini dəstəkləyir.
"Biz Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqında yeni sənədin tezliklə imzalanmasını istəyir, bu prosesin sürətlənməsini dəstəkləyirik", - deyə diplomat qeyd edib.
"Vişeqrad dördlüyü"nə Macarıstan, Polşa, Çexiya və Slovakiya daxildir.(apa)
