"ABŞ ilə Azərbaycan arasında bir sıra sahələrdə artıq yaxın olan münasibətləri daha da inkişaf etdirmək niyyətindəyəm”.
Bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.
"Əməkdaşlığımız üçün bütün sahələr mühümdür. Hərçənd humanitar, mədəni mübadilə məsələsini xüsusi qeyd etmək istərdim. Ölkələrimiz, xalqlarımız arasındakı təmasları bundan sonra da artırmaq niyyətindəyəm”, - diplomat deyib.
