Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən saat 10:21 dəqiqədə söndürülüb.
Bu barədə Trend-ə Nazirliyə istinadən xəbər verir.
****
"Sədərək” ticarət mərkəzində yanğın başlayıb.
ONA-nın məlunatına görə, hadisə ticarət mərkəzindəki anbarlardan birində əmələ gəlib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin bölmələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
.
