"Azərbaycanda keçirilən prezident seçkilərini 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri deyib ki, xarici KİV təmsilçilərinin fəaliyyətinə yerli KİV təmsilələri kimi hərtərəfli şərait yaradılacaq.
Prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) və dairə seçki komissiyaları tərəfindən akkreditə olunmuş müşahidəçilərin sayı açıqlanıb.
MSK-nın Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar 894 beynəlxalq müşahidəçi akkreditə olunub.
Akkreditə olunmuş yerli müşahidəçilərin sayı isə 58 min 175 nəfərdir.
.
