BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) kimi tədbir iqlim dözümlülüyünün artırılması üçün yeganə şansdır.
Bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still (Simon Stiell) COP29 Azərbaycan Sədrliyinin mətbuat konfransında deyib.
O qeyd edib ki, BMT vasitəsilə əməkdaşlıq edərək belə böhranların qarşısını almağa çalışmaq lazımdır.
S.Stillin vurğulayıb ki, bu fəlakətlər artıq dünyanın müxtəlif yerlərində özünü göstərir:
“Mənim vətənim olan Qranada da bu fəlakətlər özünü göstərir. Biz bilirik ki, COP29 çətin görüş olacaq, ancaq biz bunun öhdəsindən gəlməyə çalışacağıq”.
O deyib ki, COP29 Sədrliyinin daha iddialı fəaliyyət göstərməsinə və maliyyə öhdəliklərinə diqqət çəkmək istəyir. İcraçı katibin sözlərinə görə, bu məsələdə Dünya Bankı fəal rol oynamalıdır.
“COP troykası iqlim dəyişikliyi fəaliyyət planını açıqladı və bu fəaliyyət planı öhdəliyinizə sadiqdir. Bütün dövlətlər verdikləri sözə əməl etməlidirlər. Bu sahəyə daha çox investisiya qoyulmalı, iqtisadiyyat gücləndirilməlidir”, - o deyib.
S.Stiil xatırladıb ki, yalnız 15 ölkənin milli adaptasiya planı var və bu çox aşağı göstəricidir. Onun fikrincə, bu sahəyə daha çox vəsait yönəldilməlidir:
“Biz dəyən ziyanın qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin miqdarını artırmalıyıq. COP29 bununla əlaqədar bizə böyük ümidlər verir. Maliyyə boşluqlarını doldurmaq üçün funksional beynəlxalq maliyyə bazarı olmalıdır və COP29-da bu əsas müzakirə mövzularından olmalıdır. Qarşıda duran çağırışlarla bağlı səylərimizi birləşdirəcəyimizə inanıram", - o qeyd edib.
.