2021-ci ildə saxta COVID pasportu və vaksin sənədi faktları ilə bağlı 35 cinayət işi başlanılıb.
Bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.
O qeyd edib ki, faktlardan 24-ü məhz saxta COVID pasportu verilməsi ilə bağlıdır: “Bu qəbildən olan cinayət işlərinə tibbi işçiləri cəlb edilib. Onlar barəsində aparılan istintaq başa çatdırılaraq baxılması üçün məhkəməyə göndərilib”.
.
