Azərbaycan və Özbəkistan beynəlxalq arenada vahid mövqedən çıxış edir.

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuta birgə bəyanatında bildirib.

“Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlikdən çox kənara çıxıb. Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məsləhətləşmə Görüşləri Formatına qoşulması ilə bağlı tarixi qərar Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid etimad, mehriban qonşuluq və qarşılıqlı əlaqələr məkanının formalaşdırılması istiqamətində mühüm addım oldu.

Ölkələrimiz beynəlxalq arenada vahid mövqedən çıxış edir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər strukturlar çərçivəsində əsas beynəlxalq platformalarda müttəfiqlik dialoqunu gücləndirərək diplomatik fəaliyyətimizi ardıcıl şəkildə əlaqələndiririk. Həyatın özü və apardığımız müzakirələrin dərinliyi Özbəkistan-Azərbaycan siyasi əməkdaşlığı gündəliyinin nə qədər geniş miqyas və görünməmiş dinamika qazandığını nümayiş etdirir.

Bu gün keçirilən məhsuldar danışıqların nəticəsi olaraq əməkdaşlığımızın ən mühüm sahələri üzrə əhəmiyyətli sazişlər paketini təsdiqlədik. Bununla əlaqədar, hörmətli Mixail Qaydaroviç, bütün təkliflərimizə göstərdiyiniz qətiyyətli mövqeyə və dəstəyə görə sizə səmimi təşəkkürümü bildirirəm.

Əminəm ki, bu tarixi səfərin nəticələri tərəfdaşlığımızı konkret məzmunla zənginləşdirəcək, birgə layihələr və iki qardaş ölkənin dayanıqlı inkişafı üçün yeni üfüqlər açacaq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Son 5 il ərzində qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb. Birgə layihələrin ümumi portfeli, artıq dediyim kimi, bir çox layihələri siyahıdan çıxarmışıq və hazırda 5 milyard dolları ötüb. Lakin bizim komandamız, həm nazirim, həm də baş nazir müavinim hər bir rəqəmə görə konkret məsuliyyət daşıyacaqlarına söz verirlər. Azərbaycanlı həmkarlarımızla birlikdə işləyirik. Səfərə hazırlıq çərçivəsində Hökumətlərarası Komissiyanın, Biznes Şurasının və Regionlar Forumunun iclasları uğurla keçirilib. Bu görüşlər zamanı birgə layihə və proqramların həyata keçirilməsi ilə bağlı mühüm təşəbbüslər hazırlanıb. İndi əsas vəzifə iki ölkənin hökumətlərinin, nazirlik və qurumlarının həmin təşəbbüslərin səmərəli icrasını təmin etməsidir. Hər dəfə bu Dövlətlərarası Şuranın iclasını keçirərkən biz Prezident İlham Əliyevlə sizə deyirik ki, məsələləri ciddi nəzarətə götürəcəyik. Bu dəfə də istisna deyil. Hər bir söz ciddi nəzarətdə olacaq ki, real nəticə əldə edilsin. Çoxtərəfli əməkdaşlığımızın prioritet istiqamətlərini qısa şəkildə qeyd etmək istəyirəm. Birincisi, regional və beynəlxalq platformalarda ümumi maraqlarımızın irəlilədilməsi məqsədilə xarici siyasət qurumlarının sıx koordinasiyasını davam etdirmək vacibdir. Bu, çox önəmlidir. Dar formatda həmçinin parlamentlər, hökumətlər, nazirliklər, dövlət qurumları və regionlarımız arasında əlaqələrin yeni səviyyəsinə güclü impuls vermək barədə razılığa gəldik.

İkincisi, qarşıdakı əsas məqsədimiz, indi dediyim kimi, əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır. Bunun əsasını bu gün qəbul etdiyimiz və bu mühüm hədəfə nail olmaq üçün konkret tədbirləri nəzərdə tutan proqram təşkil edəcək.

Üçüncüsü, sənaye kooperasiyasının dərinləşdirilməsinə xüsusi diqqət yetiririk. Ölkələrimizin biznes dairələri geologiya, energetika, kimya, maliyyə, tikinti, kənd təsərrüfatı və digər sahələrdə bir sıra layihələri uğurla həyata keçirirlər. Bugünkü iclas çərçivəsində yeni layihələrə start verəcəyik. Belə təşəbbüslərin dəstəklənməsi üçün birgə fəaliyyət investisiya şirkətlərinin vəsaitlərindən fəal istifadə edilməlidir”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Azərbaycanla münasibətlərimizi tarixi baxımdan mütləq zirvəyə çatdırmışıq

Biz ikitərəfli münasibətlərimizi tarixi baxımdan mütləq zirvəyə çatdırmışıq.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Biz ikitərəfli münasibətlərimizi tarixi baxımdan mütləq zirvəyə çatdırmışıq. Bunun təsdiqi kimi, bugünkü sammitin yekununda , biz bunu dar tərkibdə də müzakirə etdik, əbədi dostluq haqqında tarixi müqavilənin imzalanmasını göstərmək olar. Ən başlıcası isə odur ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin hər bir istiqaməti konkret, real və gözlə görünən işlərdə öz ifadəsini tapır”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq

Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Bugünkü iclasda hökumətlərarası komissiyanın həmsədrlərinin ticarətin artırılması və əməkdaşlığın dərinləşdirilməsi üzrə ətraflı planlarını dinləyəcəyik. Nəqliyyat nazirlərimizin qarşısında ciddi vəzifələr dayanır. Orta dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın fəaliyyətə başlamasını sürətləndirmək lazımdır. Biz bunu İlham Əliyevlə dar tərkibdə də müzakirə etdik və bu prosesi sürətləndirməliyik. Biz həmçinin Xəzərdə vahid operatora malik ayrıca Özbəkistan-Azərbaycan dəhlizinin yaradılmasında maraqlıyıq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq

Biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq.

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Ölkələrimiz regional konsolidasiyanın və əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Daşkənd və Bakının regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri rolunu öz üzərinə götürməsi sevindirici haldır.

Azərbaycanın məsləhətləşmə görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb. Birgə səylərimiz nəticəsində biz faktiki olaraq yeni geoiqtisadi reallıq, birgə inkişaf üçün böyük potensiala malik vahid və özünütəmin edən makroregion formalaşdırırıq.

Bu gün Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlığının digər məsələlərini də müzakirə etməliyik. Tərəfdaşlıqla bağlı siz dar tərkibdə də bilməlisiniz ki, məcazi mənada, hər bir istiqamətimiz üzrə qələmlə işləyərək bütün məsələləri nəzərdən keçirmişik. Qarşılıqlı olaraq yaxşı niyyətimiz var ki, bütün müsbət məqamları reallaşdıraq, eyni zamanda bütün digər istiqamətlərdə böyük, irimiqyaslı və sıçrayış xarakterli layihələr həyata keçirək”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

 İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini keçirəcəyik

İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini və Azərbaycanda ali məktəblərin rektorlarının ikinci forumunu keçirəcəyik

Bunu Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuta birgə bəyanatında bildirib.

“Xalqlarımız arasında etibarlı dostluq körpüsü rolunu sıx mədəni-humanitar əlaqələrimiz oynayır. İlham Əliyevlə birlikdə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasını açacağıq. Mən bunu çoxdan planlaşdırırdım. Universitet mövcud idi, 1935-ci ildə yaradılıb, lakin bina müasir dövrün tələblərinə cavab vermirdi. Təməlini qoyarkən, bu binanın açılışında mütləq iştirak edəcəyimə ümid edirdim. Bu gün isə həmin tarixi hadisə reallığa çevriləcək. Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə də start verəcəyik. Əminəm ki, bu obyektlər xalqlarımızın sarsılmaz qardaşlığının və yaxınlaşmasının parlaq rəmzlərinə çevriləcək. Qarşılıqlı humanitar əlaqələrimizin qrafiki kifayət qədər dinamikdir. İlin sonunadək Özbəkistanda Azərbaycan mədəniyyəti günlərini və Azərbaycanda ali məktəblərin rektorlarının ikinci forumunu keçirəcəyik. Əlamətdar yaradıcılıq hadisələrindən biri də Nəvainin ədəbi irsinə həsr olunmuş birgə bədii filmin yaradılması olacaq. Bu barədə razılığa gəlmişik. Biz ictimai və gənclər arasında əlaqələri hərtərəfli dəstəkləyəcək, ünsiyyət, yaradıcılıq və innovativ ideyaların mübadiləsi üçün imkanlar yaradacağıq”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

O qeyd edib ki, FİFA-nın qərarına əsasən, gələn il Özbəkistan və Azərbaycan birlikdə planetin nüfuzuna görə ikinci ən əhəmiyyətli turniri olan gənclər arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək: "Bu möhtəşəm idman tədbiri çərçivəsində genişmiqyaslı dövlət proqramının – “İki ölkə, bir çempionat” proqramının qəbul edilməsini təklif etmişik".

Özbəkistanda Nizami Gəncəvi adına Universitetin binası açılacaq, Azərbaycan parkı tikiləcək

Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binası açılacaq, Azərbaycan parkı tikiləcək

Bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Müttəfiqliyimiz iki qardaş xalqın çoxəsrlik ümumi tarixinə və mədəni dəyərlərinin yaxınlığına əsaslanır. Bizim borcumuz bu zəngin irsi diqqətlə qorumaq və daha da zənginləşdirmək, qarşılıqlı mədəniyyət günlərini mütəmadi olaraq və lazımi səviyyədə keçirməkdir. Üstəlik, belə tədbirlər yalnız paytaxtlarda deyil, ölkələrimizin regionlarında da təşkil edilməlidir.

Bu gün birlikdə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasını açacaq və Yeni Daşkənddə Azərbaycan parkının tikintisinə start verəcəyik. Xalqlarımızın daha da yaxınlaşması məqsədilə İlham Heydaroviçlə dar tərkibdə müzakirə etdik və “Nizami Gəncəvi ilə Əlişir Nəvai arasında ədəbi körpü” adlı birgə filmin çəkilməsini təklif edirik. Bu, xalqlarımızın, xüsusilə də gənclərin yaxınlaşması üçün çox yaxşı nümunə olacaq.

Bu, başlanğıc kimi qəbul edilməlidir. Xalqlarımızın tarixi və yaxınlaşması haqqında belə filmlərdən ibarət silsilə yaratmalıyıq. Bu ilin payızında Azərbaycanda iki ölkənin aparıcı ali məktəblərinin rektorlarının ikinci forumunun keçirilməsini dəstəkləyirik.”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

.