Sauna qan dövranı üçün faydalı olsa da, sprema sayına mənfi təsir göstərirmiş. Bu, bir araşdırma nəticəsində ortaya çıxıb. Davamlı olaraq saunaya gedən kişilərdə sperma sayının azalması müşahidə edilib.
lent.az bildirir ki, araşdırmaçılar sperma sayı normal olan və son 1 il ərzində saunaya getməmiş kişilər üzərində araşdırma aparıb. İştirakçılar həftədə 2 dəfə olmaqla 3 ay müddətində saunaya gediblər. 3 ay sonra saunaya gedən kişilərdə sperma sayında azalma müşahidə edilib. Həmin kişilər saunaya getməyi tərgitsələr belə, 3 aydan sonra sperma sayında yenə azlıq müşahidə edilib. Yalnız 6 aydan sonra sperma sayı normallaşıb.
