Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud regionda və dünyada təhlükəsizlik və sabitliyə nail olma yollarını müzakirə ediblər.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Vəliəhd şahzadə Avropa İttifaqı Şurasının sədri ilə görüşüb. Onlar Krallıq və Aİ ölkələri arasında əlaqələri və əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər. Həmçinin regional və beynəlxalq hadisələri, regionda və dünyada təhlükəsizlik və sabitliyə nail olmaq üçün səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.

.