Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada qismən səfərbərlik elan edilməsinə münasibət bildirib.

Şarl Mişel bu barədə "Twitter"də paylaşım edib.

Mişel bildirib ki, Kreml Beynəlxalq Sülh Günündə və eyni zamanda, ölkələr BMT Baş Assambleyasında əməkdaşlıq, təhlükəsizlik və rifah üçün çalışdığı zamanda səfərbərlik elan edib.

Mişel vurğulayıb ki, Aİ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalacaq.

.