Brüssel Avropa İttifaqı-Çin sammitində Aİ-nin Rusiyaya qarşı sanksiyalarına əməl etməyən şirkətlərin siyahısını Pekinə təhvil verib və Çinin onlara qarşı tədbir görəcəyini gözləyir.

Yenizaman TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib.

“Bizdə Aİ-nin Rusiyaya qarşı sanksiyalarından yayınmağa kömək edən şirkətlərin siyahısı var. Çinlə bu məsələ ilə bağlı iş sammitdən kənarda davam edir, biz Pekinin konkret addımlar atacağına ümid edirik”, - o qeyd edib.

.