Avropa İttifaqı Şurasının sədri Şarl Mişel İran prezidenti İbrahim Rəisi ilə görüşüb.

Bu barədə Mişel “Twitter“ hesabında məlumat verib.

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində baş tutan görüşdə İran nüvə proqramı çərçivəsində birgə hərtərəfli fəaliyyət planının bərpa olunması müzakirə edilib.

Aİ rəhbəri əlavə edib ki, görüş zamanı tərəflər regional məsələləri və ikitərəfli münasibətləri, habelə insan hüquqları, xüsusən də qadın hüquqlarını müzakirə ediblər.

.