
Fransanın keçmiş prezidentinin oğlu Pyer Sarkozi dağıstanlı modellə görüşür.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Avstriyada model kimi çalışan Aminat Mirzaxanova (Amina Daqi) ilə 30 yaşlı Sarkozinin əlaqələri barədə elə Avstriya mətbuatı məlumat yayıb.
Model də yayılan xəbərləri təsdiqləyib: "Onun fransız şarmı mənim dərhal xoşuma gəldi. O, çox mehriban və nəzakətli idi. Mən deyə bilmərəm ki, bizim münasibətimiz necə inkişaf edəcək, lakin ümid edirəm ki, bu, mənim Parisdəki son tanqom deyil”.
Virtualaz.org saytı xatırladır ki, Pyer Sarkozi 1985-ci ildə anadan olub. O, sabiq prezidentin Mari-Dominik Kyuloli ilə nikahından olan oğludur.
Pyer Fransanın musiqi dünyasında kifayət qədər tanınmış şəxsdir. O, DJ Mosey adı ilə tez-tez xarici ölkələrə qastrol səfərlərinə gedir. Bundan başqa o, həm də gənc musiqiçilərin fəal prodüseri kimi tanınır.