
Virtualaz.org AZƏRTAC-a istinadən bildirir ki, seçkilərdə 42 milyon nəfər, yəni seçicilərin 41,49 faizi iştirak edib. Fransada əyalət şuralarına 2011-ci ildə keçirilmiş seçkilərlə müqayisədə seçicilərin fəallığı bir qədər azalıb. Ölkənin Ot-Korsika əyalətində seçicilərin xüsusi fəallığı müşahidə edilib. Burada seçicilərin 64,84 faizi səsvermədə iştirak edib. Ən aşağı göstərici isə dənizətrafı bölgədə yerləşən Reunyonda qeydə alınıb - 39,45 faiz.
Martın 22-də keçirilən birinci turda olduğu kimi, keçmiş prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi Xalq Hərkatı Birliyi Uğrunda Partiyası (UMP) bir çox əyalətlərdə qələbə qazanıb. İqtidarda olan Sosialist Partiyası (PS) Korrez, Pa-de-Kale, Cot d’Armor əyalətlərində müvəfəqiyyətsizliyə uğrayıb.
Səslər hesablanarkən sağların (UMP) 70, PS-nin 37, Milli Cəbhə Partiyasının isə iki əyalətdə qələbə qazandığı bəyan edilib.
Qeyd edək ki, yerli seçkilər 2017-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai rəyin indikatoru hesab olunur.
Seçkilərdə 42 milyon nəfər, yəni seçicilərin 41,49 faizi iştirak edib. Fransada 2011-ci ildə keçirilmiş əyalət seçkiləri ilə müqayisədə seçicilərin fəallığı bir qədər azalıb.
Yeri gəlmişkən xatırladaq ki, N.Sarkozi bu seçkiləri uduzacağı təqdirdə siyasətdən gedəcəyini bildirib..