"Avqust ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi planlaşdırırlıdı. Lakin bu baş tutmadı”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Arovat” qəzeti yazıb.
Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin aprel müharibəsindən sonra münaqişənin həlli ilə bağlı konkret nəticələr əldə etmək istəyirdi. Lakin Ermənistan tərəfi əvvəlcə buna razılaşsa da, sonradan mövqelərini dəyişib.
"İrəvan "Lavrov planı”nı bloklayır və Moskvanın, eləcə də Bakının münaqişənin həlli ilə bağlı planlarına qarşı çıxır. Belə vəziyyət yeni müharibəyə gətirib çıxara bilər”.
Qeyd edək ki, aprel müharibəsindən sonra Vyana görüşü keçirildi. Ardınca Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq görüşü baş tutdu. Gözləntilərə görə, bu görüşlərdə münaqişənin həlli ilə bağlı konkret razılıqlar əldə olunub və Ermənistan tərəfi ərazilərin qaytarılması haqda vəd verib. Azərbaycan tərəfi də məhz bu razılıqlara görə işğal altındakı ərazilərinin azad olunması üçün müharibə variantını təxirə salıb.
