Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda miqrantların taksi sürücüsü və kuryer kimi işləməsi qadağan olunub.
Bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov qərar imzalayıb. Qərara əsasən, Sankt-peterburqda miqrantların 2026-cı ilin sonuna qədər taksi sürücüsü və kuryer kimi işləməsini qadağan edilib.
Qeyd edək ki, ötən ildən başlayaraq Rusiyanın bir sıra regionlarında əcnəbilərə taksi və kuryer fəaliyyəti ilə məşğul olmaq qadağan olunub. Tula, Çelyabinsk, Maqadan, Kaluqa,Tümen və Kurqan vilayətləri artıq bir neçə ildir ki, miqrantlara taksi və sərnişin daşıma fəaliyyətində çalışmağa məhdudiyyətlər tətbiq edib.
.
