Azərbaycanın 27 yaşlı vətəndaşı Rusiyanın Sankt-Peterburq şəhərində silahlı hücuma məruz qalıb.

Yenizaman.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hücum edən şəxs zərərçəkənə bir neçə bıçaq zərbəsi endirdikdən sonra hadisə yerindən qaçıb.

Azərbaycanlı döş qəfəsinin sol yarısında kəsilmiş-deşilmiş yaralarla, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi açılıb.
.