ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılması üçün səs verib. Bir nəfər isə sənədin əleyhinə çıxış edib.
Qanun layihəsi təsdiqlənməsi üçün Konqresin yuxarı palatasına – Senata təqdim ediləcək.
