Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.
Hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğluYusifovüzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.
Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
.
