Samux sakini ayağından güllə yarası alıb.

Hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1989-cu il təvəllüdlü Məmmədov Taleh Yelmar oğlu ayağının güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Samux sakininin güllə yarası almasının səbəbi məlum olub.

Daxili İşlər Nazirliyinin əməkdaşı Eşqın Qasımov bildirib ki, 1983-cü il təvəllüdlü Vüsal Əliyev ehtiyatsızlıqdan 1989-cu il təvəllüdlü Taleh Məmmədovu güllələyib.

Hazırda onun vəziyyəti normaldır.

Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

.