Cənubi Koreyanın smartfon istehsalçısı "Samsung”un vitse-prezidenti həbs olunub.
Xarici mətbuata istinadən xəbər verir ki, Li Ceyön korrupsiyada ittiham olunur.
Məhkəmə Ceyönə 5 il azadlıqdan məhrumetmə cəzası verib. Onun adı, eyni zamanda, sabiq dövlət başçısı Pak Kın Henin impiçmentində də hallanırdı.
Li Ceyön şirkətin "de fakto” lideri hesab olunur.
