Xüsusilə Asiya qitəsində istehlakçıların qapaqlı telefonlara maraq göstərməsi istehsalçıların da bu istiqamətdə sərmaye qoymalarına səbəb olur. Bu sinifə orta səviyyədə daxil olan Samsung indi də flaqman modeli səviyyəsi ilə yoluna davam edir.

Technews.az-a istinadən xəbər verir ki, Şirkətin Çində təqdim etdiyi W2016 adındakı smartfon 2 ədəd 3.9-düym 1280×768 nöqtə təsvir ölçülü Super AMOLED ekranına sahibdir. Dizayn xətləri Note 5-dən götürülən modelin arxa hissəsi qövslü quruluşdadır. Bu il flaqman modellərdə gördüyümüz plastik hissələr qorunur və gövdə metal çərçivə və şüşə örtükdən ibarətdir.

Samsung-un 14nm istehsal prosesi ilə istehsal etdiyi ilk Exynos olan Exynos 7420 prosessorundan güc alan smartfon 3GB LPDDR4 RAM və 64GB daxili yaddaş ilə təchiz olunub. Arxa hissəsində OİS dəstəkli 16MP təsvir ölçülü, ön hissəsində isə 5MP təsvir ölçülü kamera mövcuddur. Android 5.1.1 əməliyyat sistemi ilə işləyən telefonun 2000 mAh batareyasının 50%-i 30 dəqiqəlik şarj ilə dolur.

Qeyd edək ki, üst səviyyə alıcılar üçün düşünülmüş telefonun qiyməti 1565 dollar olacaq./musavat.com
.