“Taxılın qiyməti bu il olduqca yüksək olub”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, Azərbaycanda bu, elə də hiss olunmayıb: “Müharibə olan zamanı bu problemlər gündəmdə idi. Düzdür, qiymətlər artdı, amma dövlət tərəfindən taxılın qiyməti subsidiyalaşdırıldı. 2021-ci ildə sosial müavinətlərin, əməkhaqlarının artımı ilə bağlı qərarlar qəbul edildi. Prinsipcə, taxıl bazarına qarşı getməyimiz olduqca təhlükəli hal olardı. Prezident tərəfindən ölkəmizin idxal olunan taxıldan asılılığının azaldılması üçün müvafiq tapşırıqlar verilib. Bu işlərə başlanılıb. Cari ildə də müvafiq ehtiyatlar yaradılacaq. Artıq müvafiq qurum da formalaşdırılıb. Dövlət Ehtiyatları Agentliyində taxıl ehtiyatlarımızı formalaşdıracağıq. Eyni zamanda, digər ehtiyatlarımızı da formalaşdırmaq istiqamətində iş gedir. Ehtiyatların formalaşdırılması ehtiyatların yenilənməsi siyasəti ilə uyğunlaşdırılmalıdır. Xüsusilə ərzaqların istifadə müddəti var. Yəni Dövlət Ehtiyatları Agentliyi ərzaqları satmaqla, ondan gələn gəlirdən yeni ehtiyatları formalaşdırmalıdır”.

.