Şamaxı rayonunda usta təmir zamanı 5-ci mərtəbədən yerə yıxılıb.
"Report"un məlumatına görə, hadisə rayonun Pirqulu qəsəbəsində baş verib.
Belə ki, qəsəbə ərazisində yerləşən beşmərtəbəli binanın dam örtüyünü təmir edən, Ağsu rayonunun Bozavand kənd sakini, 1980-ci il təvəllüdlü Ramil Babazər oğlu Hüseynov hündürlükdən yıxılaraq yerə çırpılıb. Ağır bədən xəsarətləri alan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, R.Hüseynov açıq kəllə-beyin travması, kəllə sümüyünün çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır. Yaralının müalicəsi üçün Bakı şəhərindən həkim briqadası dəvət olunub.
Faktla bağlı araşdırmalara başlanlıb.
.
