Şamaxı Müalicə Diaqnostika Mərkəzində rayon ictimaiyyətinin və səhiyyə işçilərinin iştirakı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Şamaxı Müalicə-Diaqnostika Mərkəzində keçirilən tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, Zərifə xanım Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Natiq görkəmli alimin ictimai fəaliyyətindən də geniş söhbət açaraq ən ülvi və nəcib dəyərləri özündə birləşdirən Zərifə xanım Əliyevanın işıqlı xatırəsinin bundan sonra da gələcək nəsillər tərəfindən minnətdarlıq və ehtiramla yad ediləcəyini qeyd edib.
Sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyin çıxış edərək görkəmli oftolmoloq-alimim həyat və fəaliyyəti barədə məlumat verib. Natiq akademik Zərifə xanım Əliyevanın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş sovetlər məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazandığını vurğulanıb.
Digər çıxış edənlər Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimləri Ədalət Həmidov və İslam Ağayev Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, oftаlmologiyаnın müxtəlif sаhələri üzrə аpаrdığı tədqiqаtlаrdan, qаzаndığı nаiliyyətlərdən geniş söhbət açaraq akademikin elmi fəaliyyətinin nəticələrinin 150-dən artıq əsərdə, 10 monoqrafiyada, həkimlər üçün dərs vəsaitlərində və sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodiki tövsiyələrdə öz əksini tapdığını bildiriblər.
Tədbirin sonunda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətində həsr olunmuş film nümayiş olunub.

.