Şabran rayonunun Ağbaş kəndində ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli evin (yaşayış yoxdur) yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Salyan rayonunda ümumi sahəsi 875 m² olan ərzaq mağazasının alkapondan ibarət tavanı və içərisində mallar 30 m² sahədə yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. 

.