Dekabrın 3-də Salyan şəhərində kirayə qaldıqları mənzildə 2 hərbi qulluqçumuz dəm qazından zəhərlənərək həlak olub.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, onların ölmələri faktı üzrə Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Salyanda 2 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Salyan şəhərində mənzildə 2 nəfərin meyiti aşkar edilib. Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

.