Salyan rayonunda 13 yaşlı qızın zorlanması faktı araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, həmin əməldə təqsirli bilinən 4 nəfər istintaq-əməliyyat tədbirləri ilə müəyyən olunaraq barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə başlanan cinayət işi üzrə polis və prokurorluq əməkdaşları tərəfindən istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, Salyanın Cadırlı kəndində 13 yaşlı qızın zorlanması ilə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, azyaşlının atası dünyasını dəyişib, ana isə xəstəxanadadır.

.