Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adı məlum olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun 4-cü kilometrliyində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində baş verib.

Belə ki, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü Rauf Sahib oğlu Quliyev idarə etdiyi "VAZ-2107" markalı, 09-BO-697 dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olan zaman maşını su kanalına aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Ağdaş rayonunun Ləki qəsəbə sakini, 1983-cü il təvəllüdlü Qərib Yenidünya oğlu Quliyev avtomobilin içində boğularaq ölüblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

***
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Ölənlərin Bərdə rayon sakini olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının maşınları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

.