"Rusiyanın hərbi baxımdan təhdid edilməsi fikri absurddur".

"Aljazeera" xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə deyib.

"Heç kim Rusiyaya hücum etmir. Rusiyanın Ukrayna və ya başqa hər hansı ölkə tərəfindən hərbi təhdid altında olması fikrində absurdluq var", Sallivan bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində Qərb ölkələrinin Ukrayna vasitəsilə ölkəsini təhdid etdiyini bildirmişdi.

.