ABŞ Prezidentin Co Bayden Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə F-16 qırıcılarının tədarükü məsələsini müzakirə edib.

Bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan CNN-ə müsahibəsində deyib.

Sallivanin sözlərinə görə, Ağ Ev hesab edir ki, hazırda bu təyyarələr döyüş meydanında istənilən effekti verə bilməyəcək.

Xatırladaq ki, bu gün Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən 1 il ötür.

.