Dünyaca tanınmış məşhur müğənni Şakira Milad bayramını oğlanları Milan və Saşa ilə birlikdə Dubayda (BƏƏ) qeyd edəcək.

O, ailə bayramını evdə keçirmək istəmədiyini etiraf edib və övladları ilə səhrada çəkilmiş fotosunu özünün “Instagram” hesabından yayımlayıb. 

“Biz bu Miladda sakitlik axtarmaq üçün səhradayıq”, - deyə kolumbiyalı aktrisa paylaşımında yazıb.

Xatırladaq ki, bu ilin iyun ayında ifaçı övladlarının atası, İspaniyanın “Barselona” futbol klubunun keçmiş kapitanı Jerar Pikeni xəyanətinə görə tərk edib.

 

Mövzu ilə əlaqədar

.