Şakira və Pikenin ayrılmasının yeni təfərrüatları ortaya çıxıb.

İspaniya mətbuatında yayılan xəbərlərə görə, ifaçı futbolçunu izləmək üçün detektiv agentliyinə müraciət edib.

Məhz agentliyin əməkdaşları Pikenin xəyanətini sübut edən çoxsaylı şəkillər çəkərək Şakiraya təqdim ediblər. İfaçı bu yolla sevgilisinin ona xəyanət etdiyindən əmin olub.

Sözügedən fotoların heç yerdə yayımlanmadığı qeyd edilib.

Paparazzi Jordi Martin isə daha ətraflı məlumat verərək, Pikenin yeni sevgilisinin futbolçunun tez-tez baş çəkdiyi gecə klubunda ofisant işləyən 22 yaşlı qadın olduğunu bildirib.

.