36 yaşlı ispaniyalı futbolçu Jerar Pikedən ayrılan 46 yaşlı kolumbiyalı müğənni Şakira oğulları ilə İspaniyadan köçüb.
İfaçı bu barədə instaqram səhifəsində bildirib.
Şakira hara köçdüklərini açıqlamayıb.
Qərb KİV-in məlumatına görə, onlar Mayamiyə köçəcək. Belə ki, Şakiranın yeni sevgilisi orada yaşayır.
Şakira, həmçinin qeyd edib ki, xoşbəxtlik axtarışında yeni səhifəyə başlayır: “Barselonada, dostluğun sevgidən çox davam etdiyini bildiyim şəhərdə mənimlə olan hər kəsə minnətdaram. Mənə dəstək olan, göz yaşlarımı silən, ilhamlandıran və böyüməyə kömək edən hər kəsə təşəkkür edirəm”.
.