Qayıt ata

Yaman tez keçir həftələr ,aylar
Mən isə xəyalən geri dönürəm
İstəmirəm sənsiz keçən günləri 
Sənli günlərimi gəzirəm ata.

Niyə sonsuz oldu səfərin belə
De nəylə gəlim yanına sənin
Dözmür ürəyim sənsiz həsrətə
Gəl isit atasız qəlbimi mənim.
 
Yaman qonaqlıydı evin ay ata
Qapın açıq idi hər gələnin üzünə
İndi qapısız evində sən
Necə qarşılayırsan gələnləri bəs?
 
Qayıt ata ,qayıt gəl
Qaytar o günləri geriyə yenə
Sevinsin könlümüz,gülsün üzümüz
Yığışaq başına evində yenə.


*************
Gəl 
Bir gün yadına düşsəm mən əgər
Heç kəs bilməsin gizlicə dur gəl
Deməki gecikmisən illər ötübdü
Eynəyi gözünə tax, dur gəl.
 
Gəl astaca döy qapımı
O günlərin xətrinə gəl
Xatirə dəftərin götür əllərinə
Keçmişi xatırla ,sən Allah dur gəl.
 
Silinməyib qapımdan barmaq izlərin
Niyə bu qədər ürkək olmusan
Qayıt həyatıma biraz ürəkli ol
Ötən günlərin xətrinə dur gəl.

******
Ağdama getməyim gəlir
Elə kövrəlmişəm ,elə dolmuşam
Göz yaşım sel olub üzümə axır
Açın yolları yol verin mənə
Mənim Ağdama getməyim gəlir.
 
Qarqarın körpüsün astaca keçib
Diz çöküb öpəydim o torpağı mən
Gedib kəndimizi görməyim gəlir
Vallah Ağdama getməyim gəlir.
 
Ağlamaq istəyirəm körpə uşaqtək
Toxunmayın göz yaşıma siz
Həsrət yaşıdır süzülüb gəlir
Mənim Ağdama getməyim gəlir.
 
Vətən həsrətilə yanır bu ürək
Qəlbim olubdur uşaqtək kövrək
Xəyalıma Qarqarın səsi gəlir
Mənim Ağdama getməyim gəlir
 
Deyirlər dağılıb ata ocağım
Külü qalıbdır o ocağın
Gözüm önünə evimiz gəlir
Mənim Ağdama getməyim gəlir.
 
Gəlir göz önünə şirin xəyallar
Nələri itirdik nələri Allah
Gedib o torpaqda yatmağım gəlir
Vallah Ağdama getməyim gəlir.

********
Ey həyat
Sevdim birini dəlilər kimi
Onuda çox gördün mənə ey həyat
Alıb əlimdən o nazlı yarı
Niyə başqasına yar etdin həyat.
 
Nəyidi günahım söylə qoy bilim
Yorulmuş ürəyi gəl yorma həyat
Əgər sevməksə mənim günahım
Razıyam yaşatma ey həyat.

Əllərin əlimə dəymədi gülüm
Mən səni sadəcə uzaqdan sevdim
Bəlkə də günahkar özüməm deyə
Səndən qisasımı alıram həyat .
 
Ayırma əlini əlimdən gülüm
Onun həsrətini mən çox çəkmişəm
Nə yaşayırsan sən yaşat mənə
Təkcə onu məndən ayırma həyat.


*************
Qarqar
Deyirlər yamanca coşmusan Qarqar
Suyun bərələri bəndləri aşıb
Elə səs salmısan arana dağa
Sanki sevincini bölürsən Qarqar.

Yu namərdlərin ayaq izini
Qalmasın torpağında ,daşında
Elə səs salki qoy yağı düşmən
Unuda bilməsin səsini Qarqar.
 
Düşmən əlləri sənə dəyəndə
De necə dözürdün bu dərdə Qarqar
Qoparıb sinəndən o namərd əlin
Qırıb dəfələrlə atdı igidlər.
 
O ,qədər əzizsən doğmasan bizə
Səsini duymağın həsrətindəyik
Sənə baxan o yad gözlərin 
İzini silməyə gəlirik Qarqar.

*************
Vətən həsrəti
Çevrilib nazlı bir bülbülə  mən
Vətən gözlərində uça  biləydim
Sinəsi dağlı bir lalə olub
Vətən göylərində uça biləydim.

Ağdamdan uçaydım Şuşaya sarı
Xarı bülbülü görə biləydim
Kiçik eyvanın bir kənarında

Gizlicə bir yuva qura biləydim.
Dalaydım xəyala səsiz səmirsiz
Baxaydım göylərə kədərsiz,qəmsiz
Sıxaraq köksümə tər bənövşəni
Vətən torpağında  bitə biləydim.

**********
Gizlətmə gözünü
Həsrətin çəkmişəm mən o gözlərin
Vurğunu olmuşam qara gözlərin
Elə baxki ,ölüm həsrətdən
Sən Allah gizlətmə gözünü məndən.
 
Dərdimin qəmimin  yuvasıdır
Məni məndən alan qəm dəryasıdır
Gözlər ürəyin aynasıdır
Sən Allah gizlətmə gözünü məndən.
 
Mənə ilham verib coşduranda o
Ağlımı başımdan alıb çaşdıranda o
Çeşmə tək coşdurub ,dolduran da o
Sən Allah gizlətmə gözünü məndən

**********
Sevdiyin qadın
Gündüzlər hamıyla danışıb gülən
Gecələr dərdilə baş-başa qalan
Dərdini hamıdan gizli saxlayan
Dərdli bir qadındır sənin sevdiyin.
 
Könüldən aşiqdir gülə çiçəyə 
Necə biganə qalsın acı gerçəyə
Səndə dərd vermə bu biçarəyə 
Qəlbdən yaralıdır sevdiyin qadın.
 
Kipriyi nəmlidir ,gözləri qəmli
Görsəydin  halını uzaq gəzərdin
Toxunma eləcə uzaqdan sev
Dolaşır pərişan sevdiyin qadın.

************
Qızıl payız
Yeni bir payız gəldi ömrümə
Ayrılıq fəslidir deyirlər payız
Baxıram təbiət dəyişir yenə
Bir fəsildə keçdi ömürdən demək.
 
Payızda əsdikcə külək
Yarpaqlar bir -bir torpağa düşür
Sanki xalı salır təbiət yerə
Şirin xatirələr yadıma düşür.
 
Yağdı yağış,qopdu tufan
Hər tərəf oldu duman
Gəldi yenə qızıl payız
Uzaq qaldıq  durnalardan.
 
Payız gəlib soyuyubdur havalar
Payızdanda soyuqdur bəzi insanlar
Sarılıb payızın soyuq boynuna
İsinmək istəyir bəzən xəyallar.

Ağaclar min bir rəngə çalır
Günəş şuasını ətrafa saçır
Yarpaqlar budağa naz satır
Gəlib ömrümə bir qızıl payız.

************
Şəhid sevgilim
Hərdən seyr edirəm yağan yağışı
Gözümdən süzülən yaşa bənzəyir 
Göz yaşım yuyur yanağını
Yağış yuyur sənin məzarını.
 
Çox tez ayırdı bu həyat bizi
Doymadıq sevginin şirin dadından
Nə qədər arzumuz kamımız vardı
Dönüb bir daşa xəyalda qaldı.
 
Gəl sevgilim sarılım sənə
Bitir həsrətimi görüşək yenə
Gül qolxulun itiribdir ətrini
Gəl qaytar ətrimi yenə.
 
Elə bir zirvəyə ucaldınki sən
Fəxrlə adını anıram Pərvin
Məni də ucaltdın özünlə birgə
Şəhid qadını deyirlər mənə.
 
Dan yeri sökülür açılır səhər
Günəşdə şüasın ətrafa saçır
Astaca qaldırıb kipriklərimi
Səni axtarıram otağımda mən.

Tellərimi oxşayıb sığal çəkərdin
İndi mən oxşuyuram sənin telini
Əllərim toxunur soyuq bir daşa
İndi daşla dərdləşirəm mən.
 
Səni axtarır iki gül balan
Mən necə deyimki daşa dönmüsən
Hər ziyarətə gələndə səni
Hiss edirəm ki , görürsən məni.
 
Sevgim tükənməz mənim
Rahat yat şəhid sevgilim
Dahada çox sevəcəm səni
Çünki, qəhrəmandır mənim sevgilim.

.